Messi Ronaldunu qabaqladı və rekorda imza atdı

239

Messi Ronaldunu qabaqladı və rekorda imza atdı













Lionel Messi İspaniyada növbəti mükafatını qazanıb.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu nüfuzlu "Marka" nəşrinin ötən mövsümün ən yaxşı oyunçusuna verdiyi "Alfredo di Stefano" mükafatına sahib çıxıb.
Oxucular arasında aparılmış sorğunun nəticəsinə əsasən Leo əsas rəqibi Kristianu Ronaldunu qabaqlayaraq 1-ci yerə sahib çıxıb. Messi sözügedən mükafata 5-ci dəfə sahib çıxaraq Ronaldunu qabaqlayıb və rekorda imza atıb.

Qeyd edək ki, Di Stefano mükafatı 2007-ci ildən verilir.