Bu gecə Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb. "Ölkə.Az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən saat 02:48-də söndürülüb.