backend

TƏCİLİ!!! İqtidardan 1 MİLYARD oğurlamış Eldar Mahmudova QANDAL - Şok təfsilat

TƏCİLİ!!!  İqtidardan 1 MİLYARD  oğurlamış Eldar Mahmudova QANDAL - Şok təfsilat

Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov üçün final yaxınlaşır

Palitika.Az xəbər verir ki, MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun tez-tez dindirilməsinin sirr pərdəsi qalxır.

Eldar Mahmudovu ölkədən 1 milyard dollar çıxarılması barəsində də sorğu-sual edildiyi gələn xəbərlər arasındadır. Hakimiyyətə pul “atan” məmurların sonu yaxşı olmur.

E.Mahmudovu da oxşar aqibət gözlədiyi deyilir. MTN rəhbərinin həbsinə hazırlıq gedir. İqtidar maliyyə məsələsində xəyanət edənləri bağışlamır.

MTN işi üzrə istintaqa dəvət olunmayan E.Mahmudovun son 1 ayda dindirilməsi həbsinə hazırlıq kimi qiymətləndirilir.

E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil.

MTN polkovniki İlham İsmayıl da olke.az-a sensasion açıqlama verib: “İşdən çıxarılan şəxslərin işi bacarıb-bacarmamasına, ölkəyə zərər vurub-vurmamasına baxılmır. İttihamlar hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır.

Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Ortalıqda ancaq pul söhbəti var. İttiham tərəfini də əsas maraqlandıran puldur.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlham İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb: "Hesab edirəm ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər”.

Palitika.Az xəbər verir ki, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var.

Xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün, sırasında xarici bank hesabları da var, onların siyahısını müəyyənləşdirməkdir.

İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir “yem” kimi ortaya atılıbmış.

Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır.

Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır.

Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır.

Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir.

Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır.

Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb.

Sabiq nazirin ailəsinə məxsus “Caspian Crystal” holdinqinə daxil olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə “əl qoyulub”.

Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər.

İddialar həm də odur ki, E.Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir.

Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi.

Prezidentə Moskvada E. Mahmudov haqda hansısa kompromat təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

QAYNARXETT.AZ