backend

Mövlud Çavuşoğlu Bakıya gəldi

Mövlud Çavuşoğlu Bakıya gəldi














Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
"Ölkə.Az" APA-ya istinadən məlumat verir ki, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.
Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.