backend

Dünyanın ən uzun şüşə körpüsü istifadəyə verildi

Dünyanın ən uzun şüşə körpüsü istifadəyə verildi















Çinin Xebey vilayətində dünyanın ən uzun şüşə körpüsü inşa edilib.
"Ölkə.Az" xəbər verir ki, eni 2 metr olan körpünün uzunluğu 488 metrdir.

Konstruksiya 1077 paneldən ibarətdir. Panellər eni 4 sm olan şəffaf şüşədən hazırlanıb. Körpü Şitszyaçjuan şəhərinin yaxınlığında, Xunyaqu rayonunda yerləşir. Körpü iki qayanın ortasına yerləşdirilib.
Tikinti işlərinə il yarım vaxt sərf edilib. Konstruksiya eyni anda 2 min insanın ağırlığına dözə bilər.

Qeyd edək ki, dünyanın ikinci ən uzun şüşə körpüsü də Çində yerləşir. Eni 6, uzunluğu 430 metr olan bu körpü yerdən 300 metr hündürlükdə yerləşir.