Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın Kəpəz rayonunda ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb.
Hadisə nəticəsində evin 2 otağı və dam örtüyü 40 kvadratmetr sahədə, ümumi sahəsi 105 kvadratmetr olan evin dam örtüyünün bir hissəsi yanıb. Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış cəsədi aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.