backend

QARADAG POSTUNUN ƏRƏBZƏNGİSİ - İki generalı üz-göz edən bacıoğlu ...

QARADAG POSTUNUN ƏRƏBZƏNGİSİ - İki generalı üz-göz edən bacıoğlu ...

Ötən il Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Sahib Hümbətov və onun müavini işindən azad edildi. Amma bu dəyişiklik DYP-nin Qaradağ postunda heç nəyi dəyişmədi. Yenə əvvəlki tək - "Köhnə hamam, köhnə tasdır!"

Ələlxüsus, Qaradağ DYP postunda “ərəbzəngi”lərin fəaliyyəti iki generalı üz-üzə qoyub.
Daxili işlər naziri Ramil Usubovla Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovu toqquşduran ikincinin bacısı oğlu Vüqarın postda komandirdən daha çox, “xırs quldurbasan” fəaliyyəti göstərməsidir. Yük maşınları onun əlindən nə gələ, nə gedə bilirlər. Bu misli görünməmiş qanunsuzluq mətbuatda vaxtaşırı tirajlanıb, hətta video kadrlar yayımlanıb. Ancaq R.Usubovun imicinə və reputasiyasına xələl gətirən R.Zeynalovun bacısı oğlu yolundan dönmür ki, dönmür...
... Bir qrup yük maşını sürücüsü bildirirlər ki, “Azəravtoyol” idarəsinə hər maşın üçün 200-250 manat məbləğində pul ödəyirlər.
Hətta buna görə onlara qəbz verilir. Deyilir ki, bu qəbzi tərəz yoxlamasından keçməmək üçündür. Həqiqətən də ölkənin heç bir yerində, nə YPX, nə də nəqliyyat qurumları bu qəbzi almış sürücünü saxlamırlar. Təkcə Qaradağ postundan başqa...
Bu postun işçiləri xüsusi kobudluqla qəbz almış sürücüləri saxlatdırır, bildirirlər ki, bizim tanıdığımız bir rəhbər var o da - R.Zeynalovdur. O qəbz burada işləmir, zəhmət çəkin hər buradan keçəndə haqqımızı ödəyin.

Sürücülərin rüşvət ittihamı təkcə mediayada işıqlanmayıb, DİN-ə şikayət olunduğu da deyilir. Onlar deyirlər ki, yolkəsənlərin özbaşınalığına son qoyulmasa Qaradağ postunun qarşısında yolu bağlayıb etiraz etməyə hazırdırlar.
Amma R.Zeynalovun bacısı oğlu Vüqar fikirləşmir ki, R.Usubovun qurduğu sistemə hansı şəkildə mənfi imic qazandırır?
Post komandirinin əlindən cana doyan yük maşını sürücülər tələb edirlər ki, problemə birdəfəlik aydınlıq gətirilsin: ya “Azəravtoyol”a ödəniş etsinlər, ya da Qaradağ DYP postuna…
Maraqlıdır ki, sürücülər başqa postlarda oxşar mənzərə ilə qarşılaşmırlar. Hər halda başqa DYP postlarından eyni məzmunlu şikayət gəlməyib.

Maraqlıdır ki, YALNIZ BU POSTDA yük maşını sürücülərindən təkrar tərəzidən keçmək tələb olunur.
Bunun qanuni əsası olmadığını və əllərində qəbz olduğunu deyən sürücülər söyləyirlər ki, Qaradağ DYP postu qorxunc bir məntəqəyə çevrilib.
Diqqət çəkən məqam budur ki, ötən il Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Nəticədə DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.
Ümumiyyətlə, R.Usubova R.Zeynalovun qohumlarından şikayətlər çoxalmaqdadır. Amma Qaradağ DYP stasionar postundan şikayətlərin sayı kütləviləşib. GÖRƏK AXIRI NECƏ OLUR?

QAYNARXETT.AZ