backend

Ziya Məmmədov körpüyə də yamaq vururmuş... - FOTOFAKT

Ziya Məmmədov körpüyə də yamaq vururmuş... - FOTOFAKT















...Ləğv edilən Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun barəsində ağlagəlməz iddialar və şaiyələr mətbuatda yer almaqdadır. Lakin bu gün gördüklərimiz bizi gerçəkdən şoka saldı... Belə ki, bu gün, yəni 2017-ci ilin soyuq qışının təqvimlə ölkəmizə ayaq basdığı gün-dekabr ayının 22-də Bakıda Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində olan körpünün altından keçirdim. Burada nəqliyyat sıxlığı olduğundan yavaş-yavaş hərəkət edərkən təsadüfən körpünün altına nəzər yetirməli oldum. "Təzadlar" dəfələrlə təzə tikilmiş körpülərimizin dayanıqlığından dəfələrlə yazdığından şəkildəki dirəklər diqqətimi çəkdi və az qala havalandım.... Və körpünün üst qatındakı hissələrin uçmasının qarşısının alınması məqsədilə qoyulan bu dəmir dirəklər bizim üçün sos siqnalı idi...
Bəli, gördüyünüz bu dirəklər körpünün yatmaq təhlükəsi olan hissələrinə qoyulub.

Fikirləşəndə ki, bu körpünün tikintisinə Prezidentin Ehtiyat Fondundan, Dövlət Büdcəsindən külli miqdarda pul ayrılıb, adamın tükləri biz-biz olur. Özü də bu körpü Prezident İlham Əliyevin mənzil qərərgahının düz yanıdıdr... İndi görün, əgər Prezidentın nəzər diqqətinin lap yaxınlığında körpü bu vəziyyətdədirsə, onda başqaları görən nə gündədir? Üstəlik, bu körpüdən Prezidentin xidməti avtomobili də keçir. Allah eləməmiş, qəflətən bir hadisə baş verərsə, bu artıq təxribat məqsədli deyilmi? Və görəsən Prezidentin mühafizəsi ilə məşğul olan dövlət qurumları bu haldan xəbərdardırmı???
Üstəlik, Azərbaycanda "körpü polisi" deyilən bir xidmət də var. Bəs bu polis əməkdaşları nəyə nəzarət edirlər???
***
Gördüyünüz bu körpüləri tikdirən və məsuliyyət daşıyan isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. Bu biabırçı mənzərə ilə bağlı onun da mövqeyini dərc etməyə hazırıq. \\tezadlar.az\\
Ziya Məmmədov körpüyə də yamaq vururmuş... - FOTOFAKT