backend

Bakıda qan davası: 2 nəfər güllələndi - YENİLƏNİB+FOTO

Bakıda qan davası: 2 nəfər güllələndi - YENİLƏNİB+FOTO






















Ata oğul qanını yerdə qoymayıb...

Bakıda ata övladının qanını axıdan adamların azadlıqda gəzməsinə 3 ay dözə bilib. Cavan oğlunun qanını tökən ailədən qisasını alıb.

Dünən Binəqədi rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada atışma olub. Ağdamdan məcburi köçkün olan Hicran Səfərov həmyerliləri olan Ayxan və onun atası Rövşəni güllələyib.

qaynarxett.az xəbər verir ki, H.Səfərovun yaxınları Milli.Az-a bildiriblər ki, əslində qanlı hadisənin təməli bu il iyulun 30-da qoyulub.

Həmin gün saat 20 radələrində Hicran Səfərovun oğlu Cosğunu bıçaqlayıblar. Bıçaqlayan şəxs isə qonşuları Ayxan olub. Dərnəgüldə yerləşən trolleybus parkında Ayxanın atası Rövşən oğluna deyib ki, bıçağı götür, sox Coşğunun qarnına. Ayxan da atasının sözünə əməl edib, bıçaqla Coşğunun ayağına iki zərbə vurub. Həmin hadisədən sonra H.Səfərov polisə şikayət edib, lakin hadisənin baş verməsindən 62 gün keçməsinə baxmayaraq, Ayxan və atası istintaqa cəlb olunmayıblar. Bu azmış kimi, bir neçə gün əvvəl atası Ayxana Dərnəgüldəki restoranlardan birində dəbdəbəli ad günü məclisi keçirib.

“Bu o deməkdir ki, mən qanun tanımıram, adam bıçaqlasam da azadlıqdayam. Ayxan Coşğundan başqa daha 3 nəfəri də bıçaqlayıb. Bir neçə müddətlik yoxa çıxsa da, sonradan yenidən Dərnəgüldəki evlərinə qayıdıb. Bunu da heç bir valideyn götürə bilməz, övladını bıçaqlasınlar, amma cinayətkar azadlıqda gəzsin. Hicran Səfərov da oğlunun qanını alacağını deyərək silahı götürüb və ata-balanı güllələyib. Hər ikisini ayağından vurub”, - deyə H.Səfərovun yaxını deyib.

H.Səfərov qisasını alandan sonra könüllü şəkildə polisə gedərək özünü təslim edib və cinayəti övladının qanını almaq üçün etdiyini etiraf edib. “Polis bu işə baxmadı, mənim də silaha əl atmaqdan başqa çarəm qalmadı”, - deyərək qan tökməsinə haqq qazandırıb.

Binəqədi Rayon Polis İdarəsindən bildirildi ki, hazırda istintaq aparılır.

10:50

Ötən gün Bakıda silahlı insident baş verib.

qaynarxett.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda Dərnəgül şosesində qeydə alınıb. Təxminən 5 nəfərin iştirakı ilə baş verən silahlı atışmada xəsarət alanlar olub. Yaralılardan iki nəfər - Ayxan Savalanlı və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən şəxs 1 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Xəsarət alanların qardaş olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, güllə yarası alan şəxslərin vəziyyəti orta ağırdır. Onlar hazırda reanimasiya şöbəsində müalicə olunur.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Binəqədi RPİ-dən fakt təsdiqlənib. Hadisə nəticəsində 3 nəfər saxlanılıb. Araşdırma davam etdiyindən saxlanılan şəxslərin kimliyi açıqlanmır.

23:45

Bakının Binəqədi rayonu ərazisində, “Elit” Ticarət Mərkəzinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı binada atışma olub.

qaynarxett.az xəbər verir ki, Publika.az-a daxil olan məlumata görə, Ağdamdan məcburi köçkünlər Ayxan və Rövşən adlı ata-bala qonşusu tərəfindən güllələnib.

Onların Hicran adlı həmyerliləri tərəfindən güllələndiyi qeyd olunur. Əməkdaşımız hadisənin təfərrüatları ilə maraqlanıb.

Məlum olub ki, indi baş verən hadisə bir müddətdir ki, davam edən “qan davası”nın davamıdır.

Belə ki, bir müddət öncə Ayxan və Rövşən Hicrana bıçaq xəsarəti yetiriblərmiş. Amma həmin vaxt məsələni hüquq-mühafizə orqanlarından gizlətmək mümkün olub.

Hadisənin daha geniş təfərrüatını öyrənməyə çalışacağıq.

Bakıda qan davası: 2 nəfər güllələndi - YENİLƏNİB+FOTO