backend

Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO

Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO














Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.

Qoşqar Təhməzli kimdir?
Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış "Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif edilib.
Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO