backend

Təcili!!! AGDAMDA BAŞ REDAKTOR KOBUDCASINA TƏHQİR OLUNDU - Bu məmur rayon başcısının QOCUSUdur deyilir...

Təcili!!! AGDAMDA BAŞ REDAKTOR KOBUDCASINA TƏHQİR OLUNDU - Bu məmur rayon başcısının QOCUSUdur deyilir...

Kütləvi informasiya vasitələri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


M a d d ə 1. Kütləvi informasiya azadlığı
Vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığı öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək, məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ deməkdir.


Son günlərdə bəzi məmurların özbaşınalığı baş alıb getməkdədir. Qoçuluq, vətəndaşları incitmək, kimlərəsə arxayınlıq və s. Bəzi rayonlarda icra başçıları özlərini müdafiyə etmək üçün yanlarında “pəzəvəng”lər saxlayırlar ki, buda hansısa məsələ ilə bağlı şikayətə gələn vətəndaşların başında çartlayır.

Bu gün söhbət açacağımız rayonun müəyyən hissəsi erməni işğalında olan Ağdam rayonudur. Ağdam rayon icra hakimiyyəti Quzanlıda yerləşdiyindən vətəndaşlar öz şikayətlərini icra başçısına bildirmək üçün bu qəsəbəyə üz tuturlar. Lakin İcra başçısı Raqub Məmmədovu iş yerində tapmaq müşkül məsələyə çevrilib. Nə vaxt insanlar dərdlərini deməyə gəlir, Raqub Məmmədov ya qonaqla olur, ya da hardasa istirahətdə. Bir sözlə Ağdam əhalisi öz İcra başçısının üzünə həsrətdir.

Agdamlıların dediyinə gırə başcı işə hardan gəlir, hardan otağına daxil olur, Raqub müəllimdən cin-şeytan da baş açmır. Bir sözlə camaatın işi Allaha qalıb.

Bu gün Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələfli Ağdamda olarkən gözlənilmədən hücuma məruz qalıb. Belə ki, Ağdamda vətəndaşlarla söhbəti zamanı öz peşə fəaliyyətini yerinə yetirərkən rayon icra hakimiyyətinin hüquq şöbəsində çalışan, rayonda Raqub Məmmədovun "qoçusu" kimi tanınan dəfələrlə insanları döymək üstündə (hətta xanımları belə) hüquq mühafizə orqanlarına düşən, amma, nədənsə Raqub Məmmədovun müdaxiləsi ilə hələ də öz işində qalıb işləyən Taleh Tanrıverdiyev tərəfindən qol gücünə güvənərək fiziki cəhətdən kobudluq etmişdir.

Taleh Tanrıverdiyev öz qol gücünə və vəzifəsinə arxayın olaraq baş redaktorun şəxsi telefonunu alaraq boğazından yapışmış ondan telefonun yaddaşında olan şəkilləri silməyi tələb etmişdir. Halbuki Mirismayıl Xələflidə Talehin işinə aid heç bir şəkil olmayıb.

Bir neçə saat hətta əlbə-yaxa mübahisədən sonra rayon camaatı icra hakimiyyətinin binasına daxil olaraq "Jurnalisti buraxmır pəzəvəng" deyə qışqırıblar.

Mirismayıl Xələfli Taleh Tarıverdiyevin “ulğumlamasından” sonra rayon rəhbərliyini yerində ola-ola "tapa bilməyən" jurnalist Mirismayıl Xələfli Ağdam İcra başçının 1- ci müavini Allahverən müəllimlə görüşmüş və Talehin cəzalandırmasını tələb eymişdir.

Bir sözlə Taleh Tanrıverdiyev Ağdamda söz və yumruq sahibidir. Raqub Məmmədovun killeri kimi tanınan kiçik bir məmur özünü nə hesab edir bilmirik, bir onu bilirik ki, Taleh Tanrıverdiyev qanunları saymır, belə getsə əli qana bulaşacaq və bu Raqub Məmmədova üz ağlığı gətirməyəcək.

Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələfli sözü gedən məsələ ilə bağlı artıq aidiyyatı qurumlara, Cənab prezident İlham Əliyevə və 1-ci vitse prezident Mehriban Əliyevaya yazılı şikayət məktubu göndərib. İnanırıq ki, təhqir olunmuş jurnalistin haqqı yerdə qalmayacaq.

Ağdamdaki özbaşınalıqlarla bağlı silsilə yazılarımızı yaxın günlərdə sizlərə təqdim edəcəyik.

Qaynarxett.az