backend

Paytaxtda qadınları vahiməyə salan soyğunçular tutuldu

Paytaxtda qadınları vahiməyə salan soyğunçular tutuldu






















O, Nərminə zor tətbiq edərək yerə yıxıb...

Binəqədi polisi soyğunçuluqla məşğul olan şəxsi saxlayıb. Bu, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 33 yaşlı Cumayev Əfqan Dəlil oğludur.

qaynarxett.az APA TV-yə istinadən xəbər verir ki, sentyabrın 22-də Bakının Binəqədi rayonu ərazisində, 7-ci mikrorayonda Əfqan Cumayev Dərnəgül istiqamətində piyada gedən Məlikməmmədova Nərmin Müzəffər qızına zor tətbiq edərək yerə yıxıb.

O, qadının içərisində 15 manat nağd pulu və bankomat kartı olan portmanatını, qulağındakı 200 manatlıq qızıl sırğasını, 100 manat dəyərində mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Əfqan Cumayev oxşar əməli bir həftə sonra eyni ərazidə yenidən təkrarlayıb. Onun budəfəki qurbanı Hüseynova Mirvari Əlibala qızı olub. O, qadını yumruqla vuraraq, 1 cüt qızıl sırğasını, qızıl üzüyünü və mobil telefonunu ələ keçirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaq davam etdirilir.