backend

Qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxdı: günə 60 min - FOTO

Qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxdı: günə 60 min - FOTO















36 qadını zorla və təhdidlə fahişəlik etdirən dəstə başçısı Hakan Ato İstanbulda saxlanılıb.

Milli.Az xəbər verir ki, Atonun döyə-döyə bəzi qadınlara sənəd imzalatdığı görüntülər ortaya çıxıb.

İstanbulda polisin əməliyyatı zamanı saxlanılan 16 şübhəli penitensiar xidmətə təhvil verilib. Zorla və şiddət tətbiq edərək qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxıb.

Atonun milyonlarla lirə dəyərində daşınmaz əmlak və lüks avtomobillərini fahişəliklə əldə edilmədiyini isbat edə bilməzsə, 56 mülk və 8 avtomobili əlindən alınacaq.

Şübhəlilərin ələ keçirilməsindən sonra yeni təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Kamera vasitəsi ilə qadınların qazanclarının qeyd edildiyi bir dəftərin görüntüləri də ortaya çıxıb.

Polisin əldə etdiyi məlumata görə, günlük təxminən 60 min lirə fahişələrdən qazanc əldə edən və lüks otellərə gecəsi üçün 2 min dollar ödəyən dəstə başçısı Hakan Atonun illik qazancı 2 milyon lirədir.
Qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxdı: günə 60 min - FOTO