backend

Avstraliya da İŞİD-ə qarşı əməliyyata qoşuldu

Avstraliya da İŞİD-ə qarşı əməliyyata qoşuldu























Bundan əvvəl rəsmi Kanberra Ərəb Əmirliklərindəki hərbi bazaya 600 əsgər göndərmişdi.

Avstraliya rəhbərliyi İraqda “İslam dövləti” qruplaşmasının yaraqlılarına qarşı əməliyyatlara qoşulmaq barədə qərar qəbul edib.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Toni Ebbot ölkəsinin hərbi təyyarələri, həmçinin kəşfiyyat və yanacaqdolduran təyyarələrinin yaraqlıların mövqelərinə aviazərbələr endirəcəyini bəyan edib.

Qeyd edək ki, rəsmi Kanberra bundan əvvəl ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki bazasına 600 hərbçi göndərmişdi.