backend

SON DƏQİQƏ!!! İRAN QANA BOYANDI - Bütün ölkə ayaq üstə ... - VİDEOLAR

SON DƏQİQƏ!!!  İRAN QANA BOYANDI - Bütün ölkə ayaq üstə ... - VİDEOLAR

İranın Məşhəd şəhərindən başlayan etiraz aksiyaları Güney Azərbaycan şəhərlərinə də təsir edib.

Axar.az xəbər verir ki, aksiyaların başlanmasından 2 gün sonra Güney Azərbaycan şəhərləri bu etirazlara qoşulub. Xüsusi aktivlik Urmiya, Zəncan və Əbhər şəhərlərində müşahidə olunub. Urmiyadakı aksiyalarda iştirak edən azərbaycanlılara qarşı polis tərəfindən güc tətbiq olunub.

Zəncan şəhərində isə etirazçılarla toqquşduqdan sonra polis dəstələri qaçmağa başlayıb. Qaçan polis dəstələrinin ardınca etirazçılar “Bişərəf, Bişərəf” şüarları səsləndiriblər.

Paytaxt Tehran şəhərində də dünən gün ərzində aksiyalar sakitləşməyib. Xüsusi aktivliyi Tehran Universitetinin tələbələri göstəriblər. Paytaxt küçələrindən birində yerləşən İranın Ali dini lideri ayətullah Əli Xameneinin posteri cırılıb.

Ən ağır vəziyyət İranın Loristan vilayətinin Dorud şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə etirazçıların “Xameneiyə ölüm” şüarlarına odlu atəşlə cavab verilib. Atəş nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Həlak olanlardan yalnız ikisinin kimliyini müəyyənləşdirmək olub. Onların Həmzə Ləşəni və Hüseyn Rəşno olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların öldürülmə anı əks olunub.

Ərak şəhərində isə əhali SEPAH-ın nəzdində olan “Bəsic” qüvvələrinin qərargahına hücum edərək, buranı darmadağın ediblər.