backend

TƏCİLİ!!! İrandan Trampın tənqidlərinə sərt REAKSİYA

TƏCİLİ!!! İrandan Trampın tənqidlərinə sərt  REAKSİYA

İran prezidenti Həsən Ruhani ABŞ dövlət başçısı Donald Trampın Tehranda və digər şəhərlərdə keçirilən etiraz aksiyaları ilə bağlı fikirlərinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Ruhani İran xalqının etiraz etmək haqqının olduğunu və Trampın bu barədə münasibət bildirməsinə ehtiyac duyulmadığını bildirib.

"Tram İrandakı etirazlara deyil, zorakılığa dəstək verir. Hökumət vandallara qarşı tolerant olmayacaq. Qanunsuz aksiyaların qarşısı alınacaq. Bəzi problemlərin həlli vaxt alacaq. Hökumətlə xalq əl-ələ verib problemləri həll etməlidir", deyə Ruhani qeyd edib.

Ruhani Tehranı terrorçuluqda ittiham edən bir şəxsin iranlılar haqqında danışmağa haqqı olmadığını bildirmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranda insanların xalqdan oğurlanan pulların terrorçuluğa xərclənməsinə etiraz etdiklərini bildirib.