backend

Son dəqiqə!!! IRANDA VƏZİYYƏT DAHA DA KƏSKİNLƏŞDİ: Prezident xalqa çağırış etdi - İLK DƏFƏ...

Son dəqiqə!!! IRANDA VƏZİYYƏT DAHA DA KƏSKİNLƏŞDİ: Prezident xalqa çağırış etdi - İLK DƏFƏ...

İranda bahalaşma və siyasi hakimiyyət əleyhinə keçirilən dörd günlük etiraz aksiyalarından sonra ilk dəfə çıxış edən prezident Həsən Ruhani xalqa çağırış edib.

Teleqraf.com xəbər verir ki, Ruhani bölşənin və İranın həssas dönəmdə olduğunu qeyd edərək xalqın, xüsusliə də, gənclərin ayıq-sayıq olmasını vacib bilib.

Aksiyalar keçirilən gündən bəri ilk dəfə çııxş edən Ruhani xalqın etiraz etmək haqqının konstitusiya ilə müəyyən edildiyini diqqətə çatdırıb: "Etirazlar sonda xalqın durumunun yaxşılaşmasına xidmət etməlidir. İqtisadi problemlərin çoxu keçmişdən qalıb, bəzisi isə bu günlə bağlıdır. İranı düşmənlərin sevinə biləcəyi duruma gətirməkdən qaçmaq lazımdır. Dövlət və millət bir-birinə kömək etməlidir. Rüşvətxorluq və şəffaflıq xalqın əsas diqqətində olan məsələlərdəndir. İşsizliyi aradan qaldırmaq üçün çabalarımız davam edir. Xalqın alıcılıq qabiliyyəti 5-6 ildir ki, yaxşılaşmır".

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində bahalaşma əleyhinə keçirilən aksiya qısa zamanda ölkənin digər şəhərlərinə də sirayət edib. Polis aksiyaların dağıdılması üçün gücdən istifadə edib. Azı 2 nəfərin öldüyü, onlarla insanın yaralandığı və 300-dən çox şəxsin həbs edildiyi bildirilir.