Son dəqiqə!!! İRANDA DƏHŞƏT: Kütlə hərbi bazaya hücum etdi, ölənlərin sayı 12-yə, həbs olunanlar isə 377 catdı - Videolar » Qaynarxett.az Qaynarxett.az

Son dəqiqə!!! İRANDA DƏHŞƏT: Kütlə hərbi bazaya hücum etdi, ölənlərin sayı 12-yə, həbs olunanlar isə 377 catdı - Videolar

1 803

Son dəqiqə!!! İRANDA DƏHŞƏT: Kütlə hərbi bazaya hücum etdi, ölənlərin sayı 12-yə, həbs olunanlar isə 377 catdı - Videolar

Virtualaz.org İranın Dövlət televiziyasına istinadən xəbər verir ki, bir neçə gündür ölkəni bürümüş etiraz aksiyalarında həlak olanların sayı 12 nəfərə çatıb.

Rəsmi qaynaqların xəbərlərinə görə, etirazçılar polis məntəqələrini və hərbi bazaları ələ keçirməyə çalışıblar. Etiraz aksiyalarının iştirakçılarının silahı olduğu bildirilir.

* * *14:40

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

“Russia Today” xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.

* * *`13:41

İranı bürüyən və beş gündür ki, davam edən kütləvi etirazlarda daha 2 nəfərin öldüyü açıqlanıb.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, yanvarın 1-nə keçən gecə ölkənin cənub-qərbindəki İzeh şəhərində iki nümayişçinin öldürüldüyü, bir neçəsinin yaralandığı məlum olub. Məlumatı İran parlamentinin deputatı Hidayətulla Hademi yerli İLNA agentliyinə verib. “Mən atəşin nümayişçilər, yoxsa polis tərəfindən açıldığını bilmirəm, araşdırma gedir”, - deputat bildirib.

Dünənə qədər İrandakı etirazlarda azı iki nəfərin öldüyü təsdiqlənmişdi.

* * *11:17

İranı bürümüş etirazların beşinci günündə-yanvarın 1-nə keçən gecə Tehranda kütlə ali dini lider Əli Xamneyinin evinə doğru yürüş edib. Virtualaz.org “Al Arabia” telekanalına istinadən xəbər verir ki, minlərlə etirazçı Ali dini liderin Tehranın Pastera küçəsində yerləşən iqamətgahı qarşısında toplaşıb. Mənbələr bildiriblər ki, bundan əvvəl təhlükəsizlik qüvvələri və İnqilab Keşikçiləri Korpusunun qüvvələri Xamneyinin iqamətgahını boyu və qonşu küçələrdə güclü təhlükəsizlik tədbirləri görmüşdü.

İranda demokratiya və dəyişikliklər uğrunda çıxış edən “Şahravand-Yar” qeyri-hökumət institutunun Telegram-kanalında bildirdiyinə görə etirazçılardan ibarət kütlə Tehran vaxtı ilə saat 19.50-də Xamneyinin iqamətgahına doğru yürüş edib. Mənbə bildirir ki, təhlükəsizlik qüvvlərinin komandirlərinə etirazçıların Ali dini liderin evinə yaxınlaşmasına imkan verməmək üçün “bütün tədbirləri görmək” əmri verilmişdi.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Xamneyinin evinə yürüş edən kütlə ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Təfərrüatlar barədə məlumat yoxdur. Xatırladaq ki, İranda etirazlar yumurtanın və toyuq ətinin kəskin bahalaşmasına görə başlasa da sürətlə siyasi, hətta dini zəminə keçib. Etirazçılar Ali dini lideri nəzərdə tutaraq “Diktatora ölüm!” şüarları səsləndirirlər.

İran hakimiyyətinin sərt tədbirlər barədə xəbərdarlıqlarına və güc tətbiq etməsinə baxmayaraq etiraz nümayişləri bu gün də ara vermir. “Al Arabia” telekanalı ölkənin daha bir neçə şəhərində yanvarın 1-nə keçən gecə insanların küçələrə çıxdıqlarını və rejimə etiraz etdiklərini xəbər verir.










İran Məclisinin (parlamentinin) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Kamal Dekhan Firuzabadi dünən məlumat verib ki, Məclis yanvarın 1-də ölkənin bir sıra şəhərlərində baş vermiş hadisələrlə bağlı təcili iclas keçirəcək.

“Rəsmi şəxslər bu cür hadisələrin qarşısını almaq üçün istifadə edilə biləcək üsulları müzakirə edəcəklər”, - virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, Firuzabadi İRNA agentliyinə belə bildirib.
Son dəqiqə!!! İRANDA DƏHŞƏT: Kütlə hərbi bazaya hücum etdi, ölənlərin sayı 12-yə, həbs olunanlar isə 377 catdı - Videolar

Xatırladaq ki, ötən həftənin cümə axşamı günü İranda hökumət əleyhinə kütləvi çıxışlar başlayıb. Aksiyalarda əvvəlcə iqtisadi tələblər səslənib. Nümayişlər Tehran, Qum, Kirmanşah, Məşhəd, Həmədan və Rəşt şəhərlərində baş tutub. Buna paralel olaraq, bəzi yerlərdə hökumət tərəfdarlarının da aksiyaları keçirilib.

Dünən aksiyalarda polislə toqquşmalarda iki nəfər həlak olub. Bu məlumat rəsmi Tehran tərəfindən təsdiqlənib. Hadisə Lurestan vilayətinin Dorud şəhərində qeydə alınıb. Bundan əlavə, aksiya iştirakçılarının bələdiyyə binalarına və banklara hücum etdiyi barədə xəbərlər daxil olur.

Dünya xəbər agentlikləri Tehran tərəfindən aksiyaların işıqlandırılmaması üzündən gələn məlumatların doğruluğunun bəzən şübhə yaratmasını da vurğulayırlar.

Əlavə edək ki, ötən gecə Vaşinqton rəsmi şəkildə İrandakı aksiyaları dəstəklədiyini bildirib. İran prezidenti Həsən Ruhani də dinc aksiyaların keçirilməsinin ölkə vətəndaşlarının konstitusion haqları olduğunu deyib.

* * *10:19

Ağ Ev rəsmi olaraq İranda etiraz edən insanları dəstəkləyib.

RİA “Novosti” xəbər verir ki, bunun bağlı Ağ Evin rəsmi nümayəndəsi söyləyib: "Biz İran xalqının öz mövqeyini dinc şəkildə ifadə etməsini dəstəkləyirik. Bu səs eşidilməlidir. Biz bütün tərəfləri dinc şəkildə fikir ifadə etmək fundamental hüququnu müdafiə etməyə və senzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq”.

Bir müddət əvvəl etirazçılara öz dəstəyini ABŞ prezidenti Donald Trapm ifadə edib. O, ölkədə etirazların baş verdiyi zaman “internetin kəsilməsini” qınayıb.

Ötən həftə İranın Məşhəd şəhırində 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar iqtisadi tələbləri irəli sürüb. Polis əməkdaşları icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib.

Qaynarxett.az