backend

Maşınla atı vurub şikəst etdilər - YENİLƏNİB + FOTO (18+)

Maşınla atı vurub şikəst etdilər - YENİLƏNİB + FOTO (18+)

























At yeriyə bilmədiyi üçün iki gündür ki, elə vurulduğu yerdə qalıb.

İki gün öncə Bakı-Şamaxı magistral yolunun Qobustan ərazisindən keçən hissəsində, Ceyrankeçməz körpüsünün yanında yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən atı vurmuşdu.

qaynarxett.az Milli.Az-a istinadən xəbər verir ki, sakinlər lazımi qurumlara müraciət etsələr də ata sahib çıxan olmamışdı. Bu hadisə sosial şəbəkələrdə və mediada böyük səs-küyə səbəb oldu.

Bu gün səhər həmin əraziyə yollanan bir neçə adam ata kömək etmək üçün əraziyə qaldırıcı kran və yük maşını gətiriblər.

Hal-hazırda at müalicə üçün Bakıya gətirilir. Facebook səhifəsində isə atın müalicəsi üçün kampaniya başladılıb və kömək edə biləcək şəxslərdən pul toplanılır.

10:19

Bakı-Şamaxı şosesində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında maşın bu atı vurub qaçıb.

qaynarxett.az xəbər verir ki, heyvan ayaqları sınıq vəziyyətdə artıq iki gündür ki, yolun qırağında qalıb. Hələ də sağdır. 102 və 112-yə zəng ediblər, amma heç bir tədbir görülməyib.

Könüllü baytarlar və ya heyvan mühafizə təşkilatları varsa diqqət yetirsinlər.

Maşınla atı vurub şikəst etdilər - YENİLƏNİB + FOTO (18+)

Maşınla atı vurub şikəst etdilər - YENİLƏNİB + FOTO (18+)