backend

Bu ölkədə benzinin qiyməti 2 dəfədən çox bahalaşıb

Bu ölkədə benzinin qiyməti 2 dəfədən çox bahalaşıb














Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxıb.
AZTB.info Report-a istinadən xəbər verir ki, qiymətlərin artırılmasına səbəb kimi enerji istifadəsinin effektivliyini artırmaq və ölkədə açıqlanan nəhəng islahatlar paketi üçün mənbə yaratmaq göstərilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktan benzin 0,75 rialdan 82% artımla 1,37 riala (0,62 manat), 95 oktan benzinin qiyməti 0,9 rialdan 126% artımla 2,04 riala ( 0,92 manata) yüksəlib. Dizelin qiymətində isə dəyişiklik olmayıb.

Benzin qiymətlərinin artmasıyla yanaşı ölkədə yanvar ayının 1-dən etibarən əlavə dəyər vergisi (ƏDV) də tətbiq olunmağa başlayıb. Artıq səhiyyə, təhsil, bank, əmlak, nəqliyyat, elektrik, su, telekommunikasiya və sığorta kimi bir çox sahədə 5%-lik ƏDV tətlbiq olunur.