backend

Təcili!!! İRAN "ÖLÜM - QALIM"LA ÜZ-ÜZƏ: ÜC YERƏ BÖLÜNƏN CƏMİYYƏT NƏ İSTƏYİR?

Təcili!!! İRAN "ÖLÜM - QALIM"LA ÜZ-ÜZƏ: ÜC YERƏ BÖLÜNƏN CƏMİYYƏT NƏ İSTƏYİR?

Artıq bir neçə gündür İranda baş verən kütləvi xalq etirazları dünya mediyasının diqqət mərkəzindədir. Məşhəd şəhərində başlayan və qiymət artımına qarşı olan bu etirazlar artıq sosial vəziyyətdən daha çox siyasi sferaya çıxıb . Etirazçıların mövcud hakimiyyət olan “molla rejiminə” və onun daxili siyasətinə habelə İranın regionda apardığı siyasətə qarşı çıxışları bu fikri təsdiq edir.


Belə bir vaxtda hakimiyyətin öz tərəfdarları ilə keçirdiyi izdihamlı görüşlər də İran cəmiyyətində böyük bir fikir ayrılığının olduğunu göstərir. Bir yandan Hakimiyyət tərəfdarı olan kütlə digər tərəfdə isə hakimiyyətə qarşı çıxan kütlənin olması, İranda vətəndaşlar arasında qarşıdurmanın olması ehtimalını artırır. Son günlərdə İranın Azərbaycanlılar yaşayan şəhərlərində də etiraz dalğasının başlaması və etirazçıların milli şüarlar səsləndirərək, rejimə qarşı çevrilməsi vəziyyətin nə qədər kritik səviyyədə olduğundan xəbər verir. Onsuz da fikir ayrılığı olan İran cəmiyyətində vətəndaş qarşıdurmasının artması gözlənilir və bunların fonunda İranda yaşayan Azərnaycanlıların milli yöndən olan etirazları artıq qarşıdurmanın milli-etnik səviyyəyə çıxması ehtimalını gücləndirir. Etirazların daha da güclənəcəyi təqdirdə İranda vətəndaş və milli-etnik qarşı durmaların olması qaçılmazdır. Mövcud vəziyyətdə bunu söyləmək olar ki İran cəmiyyəti artıq üç yerə bölünməkdədir:
rejim tərəfdarları
rejimə qarşı çıxan kütlə
fars millətçiliyinə qarşı çıxan kütlə
Məsələni birazda araşdırsaq, kütlələr arasında böyük ziddiyyətlərin olduğunu və yaxın keçmişdə də bu yöndə qarşıdurmaların olduğunu görərik. Ancaq bir faktoru da nəzərə almaq lazımdır ki, İran polisi qan bahasına belə olsa bu etirazların qarşısını almaq niyyətindədir. Təsadüfi deyil ki, İran rəsmiləri açıqlamalarında dəfələrlə etirazların qarşısını alacaqlarına eyham vurublar. Bunların fonunda İran prezidenti Həsən Ruhani çıxışında , İranda baş verən etirazlarda ABŞ və İsrailin əlinin olduğuna işarə edib. Təbii ki İran prezidentinin bu çıxışı başa düşüləndir və hansı maraqlara xidmət etdiyinidə təxmin etmək olar .Belə ki , İranda yaşayan əhali arasında ABŞ və İsrailə qarşı böyük bir nifrət var və etirazçılar düşünsələrki, ABŞ və İsrail bu məsələnin təşkilatçılarıdır yəqinki nümayişləri dayandırar. Ancaq məsələ burasındadır ki, insanları küçələrə sövq edən başqa səbəblərdir – iqtisadi və sosial durumun ağırlığı və milli ayrı-seçkilik!

Qadir Kazımov

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti