backend

Ekspert: Neftin qiymətinin ucuzlaşmasına görə fəlakət baş verməyəcək – MÜSAHİBƏ

Ekspert: Neftin qiymətinin ucuzlaşmasına görə fəlakət baş verməyəcək – MÜSAHİBƏ






















“Avropa Azərbaycana yeni bazarlara çıxmaq imkanı yaradacaq”.

Oxu.Az-ın Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ilə müsahibəsi.

- Azərbaycan beynəlxalq qaz bazarında öz yerini nə vaxt tuta biləcək və ölkəmizin bu bazardakı payı nə qədər olacaq?

- Avropa Cənub Qaz dəhlizi vasitəsilə Azərbaycana yeni bazarlara çıxmaq imkanı yaradacaq.

Hazırda Avropa ölkələri hər il 540 milyard kubmetrə yaxın qaz istehlak edirlər. 10 ildən sonra bu rəqəm 650 milyard kubmetrədək artacaq. Azərbaycan həmin vaxtda Avropa bazarında öz mövqeyini möhkəmləndirəcək və qitənin mavi yanacağa olan tələbatının ən azı 4%-ni ödəmiş olacaq.

- Azərbaycanda “mavi yanacaq” ehtiyatları nə vaxtadək kifayət edəcək?

- Azərbaycanın zəngin qaz ehtiyatları var. Hətta ən bədbin proqnozlara görə, “Şahdəniz”in – nəhəng qaz yatağının ehtiyatlarının həcmi 1 trilyon kubmetr (digər proqnozlara görə 1,2 trilyon kubmetr) qiymətləndirilir.

Məlum olduğu kimi, bu qaz yatağı mərhələli şəkildə işləniləcək. Belə ki, 1-ci mərhələ çərçivəsində təxminən 200 milyard kubmetr, 2-ci mərhələ çərçivəsində isə 400 milyard kubmetr qaz istehlak etmək planlaşdırılır.

Yəni, hələ 400 milyard kubmetr qaz qalacaq. Şübhəsiz, yataqların işlənilməsi 3-cü mərhələdə də davam edəcək.

“Şahdəniz” layihəsinin ilk mərhələsinin işlənilməsi 2022-ci ildə, “Şahdəniz-2”də isə 2043-cü ildə başa çatacaq.

Belə ki, ən kobud hesablamalara görə, əgər 2020-ci ildən başlayaraq hər il Avropa bazarlarına 20 milyard, daxili bazara 10 milyard kubmetr qaz tədarük etsək, o zaman Azərbaycanın yanacaq ehtiyatları onilliklərə bəs edəcək. Və bu yalnız hazırda işlənilməsi tam sürətlə davam edən yataqların ehtiyatlarıdır

Bundan başqa, Azərbaycanda minimal ehtiyatları 250 milyard kubmetr qiymətləndirilən “Abşeron” yatağı da var. Bu yataq 2021-ci ildən sonra işləniləcək, çünki onun işlənilməsi üçün yeni qiymətləndirmə quyusu lazımdır. Bu işləri həyata keçirmək üçün hazırda inşası davam edən müasir qazma qurğusu lazımdır. Bundan başqa, yeni platformalar da inşa olunmalıdır ki, bu işlər üçün də yer tələb olunur. Hazırda belə yer yoxdur, çünki 2018-ci ilədək hər şey “Şahdəniz” üçün hazırlanır, çünki 2021-2022-ci illərdə yataqdan hasilata başlamaq planlaşdırılır.

Lakin qaz ehtiyatları və hasilatı haqqında danışarkən onun satışını da unutmamalıyıq – bu məqsədlə müasir qaz infrastrukturu yaradılmalıdır.

TANAP layihəsi məhz belə infrastrukturun yaradılmasını nəzərdə tutur. Boru kəmərini 2018-ci ilə çəkəcəklər, 2019-cu ildə isə kəmərlə ilk qaz tədarük olunacaq. 2021-ci ildə boru kəmərinin genişlənməsi üzrə işlərin ilk mərhələsi başlayacaq, yəni tədarük olunan qazın həcmi 16 milyarddan 24 milyard kubmetrədək artacaq.

- Gələn il Azərbaycanın Dövlət Neft Şirkətinin öz nizamnamə kapitalını dövlət büdcəsinin hesabına artıracağı barədə məlumatı necə şərh edərdiniz?

- Bu artıq bir dəfə baş verib, o zaman dövlət SOCAR-a 500 milyon manat ayırmışdı.

Hökumətin bu addımı SOCAR-ın növbəti ildə ölkə üçün strateji əhəmiyyət daşıyan bir sıra layihələri yerinə yetirməsindən irəli gəlir. Bu, ilk növbədə Cənub Qaz dəhlizi layihəsi, SOCAR-ın Türkiyədəki layihələri, həmçinin 6-cı üzən qazma qurğusunun inşası layihəsi ilə bağlıdır. Nə qədər vəsait ayrılacağını hələ bilmirik.

- Gələn ilin dövlət büdcəsində gəldikdə isə - sizin proqnozlarınız necədir? Neftin qiyməti hansı ölçüdə müəyyənləşdiriləcək?

- Dünya Bankının proqnozlarına görə, gələn il neftin orta qiyməti 1 barelə görə 100 dollar civarında olacaq. Bu gün onun qiymətinin 90 dollar civarında olması – bu, cari qiymətdir.

Hətta Azərbaycan neftinin orta illik qiymətini götürsək, o zaman bu rəqəm 105 dollardan az təşkil etməyəcək. Və, bu məqamdan çıxış edərək, düşünürəm ki, hökumət Azərbaycan neftinin 100 dollar təşkil edən orta qiymətlərindən çıxış edərək, gələn ilin büdcəsini formalaşdıra bilər.

Bu baxımdan, hətta gələn il neftin qiyməti bir barelə görə 95 dollara düşərsə, heç bir fəlakət baş verməyəcək. Və bu, büdcə üçün heç bir ciddi təsirə malik olmayacaq.

Ümumilikdə, dövlət müəssisələri və obyektlərin aldıqları bütün podrat layihələri büdcə vəsaitlərinin rasional xərclənməsinin ən azı 20% artacağını nəzərə almaqla yerinə yetirilir. Ona görə də, neftin qiyməti 90-80 dollaradək düşsə belə, biz bunu “ağrısız” yaşaya, həmçinin dövlət büdcəsinə əlavə gəlir qazandıra bilərik