backend

"Prezident Putinlə mənə qarşı birləşib"

"Prezident Putinlə mənə qarşı birləşib"

Saakaşvilidən yeni ittiham

Gürcüstanın keçmiş prezidenti, Odessanın qubernatoru olan Mixail Saakaşvili yeni ittiham səsləndirib. Bu dəfə o, Ukrayna prezidenti Petro Poroşenkonu ona qarşı Rusiya ilə əlbir olmaqda günahlandırıb. O, söz verib ki, hakimiyyət dəyişəndən sonra bütün heuqu mühafizə orqanı sistemini də yeniləyəcək.

"NewsOne" kanalının efirində çıxış edən Saakaşvili Poroşenko ilə Vladimir Putin arasında dekabrın 29-da telefon danışığı olması barədə məlumat əldə etdiyini deyib. "Düşünürəm ki, danışıq zamanı mənim də məsələm müzakirə olunub. Prezidentlər səviyyəsində mənimlə mübarizə məsələsi. Onların bunu bir-biri ilə müzakirə etməsi mənim üçün təzə xəbər deyil".

O, həmçinin qeyd edib ki, Kiyevdəki mitinq zamanı saxlanmasının da arxasında Rusiya Federal Təhlükəsizlik Bürosu dayanır.