backend

Donetskdə gərginlik

Donetskdə gərginlik





















Məlumata görə, şəhərin mərkəzində güclü atışmalar olub

Ukraynanın Donetsk şəhərində hökumət qüvvələri ilə separatçılar arasında gərginlik pik həddə çatıb. Məlumata görə, şəhərin mərkəzində güclü atışmalar olub. Silahlılar minaatanlardan ticarət mərkəzinə və doqquzmərtəbəli yaşayış binasına hücum ediblər. Atışmalar zamanı bir nəfər ölüb. Ölən şəxs beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsidir.

Hökumət qüvvələri gün ərzində separatçıların iki genişmiqyaslı hücumlarının qarşısını aldıqlarının bildiriblər.

Bir qədər əvvəl Avropa Birliyi Ukraynada gərginliyin yenidən şiddətlənməsi ilə əlaqədar narahatlığını ifadə etmişdi.

Eyni zamanda, hava limanı ətrafında da döyüşlər gedib. Separatçılar hava limanına nəzarəti əllərində saxladığını iddia etsələr də, rəsmi Kiyev bu iddiaları təkzib edib.

İki gün öncə Donetskdə məktəbin yanında törədilən partlayış zamanı azı 10 nəfəfr ölmüşdü.

Sentyabrın 5-ində Belarusun paytaxtı Minskdə tərəflər arasında atəşkəs razılığı əldə olunsa da, regionda tez-tez atışma səsləri eşidilməkdə davam edir.