ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib. Bu barədə Los-Anceles polisinin “Twitter” hesabında bildirilir.
Məlumata görə, Santa-Klarita yaşayış məntəqəsində baş verən atışmada azı 4 nəfər ölüb. Yerli sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Polis faktla bağlı araşdırmalara başlayıb.