backend

Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat

Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat














Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsinə təyinat olub.

APA-nın xəbərinə görə, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova bir müddət əvvəl öz ərizəsi ilə "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunub. Təhsil Nazirliyi tərəfindən liseydə araşdırma aparılıb.