backend

Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir















Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.
Bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.
O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar Quba rayonunun Xınalıq istiqamətində davam etdirilir. Hələ ki, bir nəticə yoxdur".

Qeyd edək, daha öncə itkin düşmüş alpinistlərin axtarışları Qəbələ rayonunda da aparılmışdı, bu axtarışlar da nəticəsiz qalmışdı.