backend

ŞOK OLAY: Ağdam icra Hakimiyyətində buyruq qulu, yoxsa qoçu bala?!

ŞOK OLAY: Ağdam icra Hakimiyyətində buyruq qulu, yoxsa qoçu bala?!

Bir neçə gün öncə XəbərAl.az saytının baş redaktoru Mirismayıl Xələflinin Ağdam rayonunda icra başçısı Raqub Məmmədovun qoçusu tərəfindən hücuma məruz qaldığı haqqında sizlərə geniş məlumat vermişdik. Hətta Azərbaycanın bir çox aparıcı saytları bu barədə geniş yazılar vermişdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə məmur özbaşınalığına son qoyulması barədə sərt çıxışları və xəbərdarlıqları olsada nədənsə bəzi məmurlar bu çıxışdan ibrət götürmək əvəzinə günü-gündən öz ətraflarına qolu zorlu və ağıldan seyrək adamları yığmaqla bu cür lazımsızları öz şəxsi maraqlarına, özlərini qorumaq məqsədi ilə istifadə edirlər

Cənab prezidentimiz dəfələrlə qeyd etmişdir ki, məmurlar insanlardan qorxmamalı onlara zor tətbiq etməməlidir. Əsasən də jurnalistlərə qarşı. Bu qanun və qaydaları pozan rayonlardan biri müəyyən hissəsi işğal altında olan Ağdam rayonudur ki, bu rayonda icra başçısı iş görmək əvəzinə, vətəndaşları qəbul etmək, onların problemləri ilə məşqul olmaqdansa qəbula gələn insanlara qarşı hədə qorxular hücumlar etdirir. Yanında atası icra nümayəndəsi olan Hüquq şöbəsində çalışan Taleh Tanrıverdiyev Raqub Məmmədovun cangüdəni, yumruq vuranı kimi məhz bu insanlığa yaraşmayan işlərlə məşquldur.


Bəs Taleh Tanrıverdiyev Ağdamda hansı məmurun oğludu?


Mənbəmiz xəbər verir ki, hazırda Ağdamın rayonun Nəmirli kənd icra nümayəndəsi vəzifəsində çalışan Qurban kişinin oğludur. Atası Qurban kişidə icra başçısı Raqub Məmmədovla çox yaxındır.

Belə ki, bir çox qanunsuz işləri Raqub müəllim məhz Qurban kişi ilə həyata keçirdiyindən buna görədə Talehi bir övlad və qoçu kimi istifadə edib araxalarında dayanırlar


Bir məmur övladının bu cür özbaşnalığı hansı dərəcədə doğrudur onu biz yox, zaman deyəcək.
Azərbaycanda qanunlar var və qanunlarımız gözəl idarə olunur. Yəqin ki, bu qanunlardan nə Qurban kişinin nə də onun oğlunun xəbəri var. Bizə elə gəlir ki, yaxın günlərdə Məmurun məmur oğlu qanun qarşısında cavab verəcək.

Məsələnin ən dəhşətli tərəfi odur ki, Ağdamın icra başçısı Raqub Məmmədov bu cür qoçuları ətrafından təmizləməkdənsə öz işçisinə və yaxınına bəraət qazandırıb, heç bir cəza vermədən jurnalislərə Taleh Tanrıverdiyev haqqında birdə yazssalar məhkəməyə verəcəyini bildirib. Keçən yazılarımızda qeyd etmişdik ki,Taleh Tanrıverdiyev Ağdam icra hakimiyyətinin hüquq şöbəsində öz işi ilə məşqul olmaqdansa "burnun hər yerə soxub" Ancaq qoçuluqla məşğuldur. Ölkəmiz inkişaf edir bizim tək düşmənimiz Ermənidi bəs Taleh Tanrıverdiyev özün niyə qəddar və düşmən kimi aparır?

Biz inanırıq ki, Prezident aparatı və aidiyyatı qurumlar Taleh Tanrıverdiyevi cəzasız qalmaması üçün jurnalist Mirismayıl Xələfliyə və Ağdamın çarəsiz insanlarına dəstək olacaqlar.

Bilirik Ağdam işğal altındadır Erməni bədnam qonşularmız tərəfindən. Amma Raqub Məmmədovun qoçusu və şillə vuranı Taleh bu rayonu işğal edə bilməz. Ölkəmiz yiyəsiz deyil Azərbaycanın gözəl qanunları var sadəcə bu qanunları pozanlar cavabsız qalmayacaqlar.

Əgər XəbərAl.az saytının baş redaktoruna hücum edən Ağdam icra hakimiyyətinin hüquq şöbəsinin işçisi Taleh Tanrıverdiyev cəzalandırlmasa yaxın günlərdə bu barədə geniş mətbuat konfuransı keçirəcəyik. Mirismayıl Xələfli onuda qeyd edib ki, əgər bu qolu zorlu Taleh Tanrıverdiyev cəzalandırılmasa aclığ aksiyasına başlayacam.


Qarşı tərəfin mövqeyin verməyə hazırıq.

Qaynarxett.az