backend

Qurban bayramı günlərində yağış yağacaq

Qurban bayramı günlərində yağış yağacaq






















Cənub-şərq küləyi əsəcək.

Qurban bayramı günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

qaynarxett.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Oktyabrın 5-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.