backend

“Kim Çen In vəzifəsinin öhdəsindən layiqincə gəlir” — Putin

“Kim Çen In vəzifəsinin öhdəsindən layiqincə gəlir” — Putin















Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın ünvanına xoş sözlər deyib.
Bu barədə Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Kim Çen In savadlı, enerjili, gənc və eyni zamanda bacarıqlı siyasətçidir.

Rusiya prezidentinin fikrincə, KXDR dövlət başçısı öz məqsədinə çatıb. Onun artıq nüvə silahı var və başqaları bu faktla hesablaşmaq məcburiyyətindədir.
“Kim Çen In vəzifəsinin öhdəsindən layiqincə gəlir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var. Hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə maraqlıdır. Hesab edirəm ki, Şimali Koreya lideri regiondakı qarşıdurmanın qalibidir”, - deyə Putin bildirib.