backend

Biləsuvarda məmur oğlu ana-balanı bıçaqlayıb kanalın qırağına atdı- VİDEO

Biləsuvarda məmur oğlu ana-balanı bıçaqlayıb kanalın qırağına atdı- VİDEO














Məmur övladlarının harın və qudurğanlığı, qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar da yetərli görünmür. Görünən odur ki, təkcə inzibati qaydalarla, sərt tədbirlərlə bu bəlanın aradan qaldırılması, azğınlığa, qudurğanlığa meyilli məmur övladlarının islah edilməsi heç də asan məsələ deyil. Ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək sadəlöhvlükdən başqa bir məsələ deyil.

Məmur övladının adının hallandığı növbəti cinayətlə bağlı xəbər bu dəfə Biləsuvardan gəldi.

Azerinfo.az-a daxil olan məlumatda deyilir ki, Biləsuvar rayonu, Çinarlı kənd icra nümayəndəsinin oğlu başının dəstəsi ilə İbayev Həsən Tahir oğlunu və onun anası İbayeva Şölə Xankişi qızını öldürməyə cəhd edib. İbayev Həsənə 6 bıçaq zərbəsi vurulub, qadının isə çənəsini qırıblar. Cinayətkarlar onları aldadıb apardıqları, kənddən 6 km aralıdakı boş sahədə yaralı halda atıb qaçıblar.

Hadisənin tam motivi bəlli deyil. Ancaq məlum olan odur ki, cinayətkarların adı polisə məlum olsa da azadlıqda gəzirlər. Zərərçəkənlərin bildirdiyinə görə 6 bıçaq vuran şəxsin atası icra başçısının inanılmış adamıdı.

İcra başçısı Mahir Quliyev ona görə polisə təzyiq edib ki, cinayətkar məsuliyyətdən yayınsın.

Hadisənin tam təfərrüatları baradə məlumat verəcəyik.