backend

Ağcabədi Pedaqoji Kollecinin başı bəlalardan qurtarmaq bilmir

Ağcabədi Pedaqoji Kollecinin başı bəlalardan qurtarmaq bilmir

















Təhsil naziri Mikayil Cabbarovun qərari ilə 2013–cü ildə Kollecə təyin olunan direktor Sahib Hüseynov Korrupsiyaya Qarşı Mubarizə İdarəsi tərəfindən saxlanılaraq həbs olunub

Sahib Hüseynovun həbsindən sonra kollecdə direktor səlahiyyətlərini icra edən Ənvər İmanov təhsil ocağında qayda-qanun deyilən bir şey qoymayıb qalsın.
Buna misal olaraq , dövlət imtahanları zamanı hər bir tələbədən aldığı 250 AZN məbləğində pulu yüksək vəzifəli şəxslər tərəfindən tapşırılan tələbələrə qiymət yazılması, muəllimlərə və texniki işçilərə qarşı etik normalara uyğun olmayan hərəkətləri demək kifayətdir. Ənvər İmanov özünü Təhsil Nazirliyinin işçisi olduğunu qeyd edib heç nədən və heç kimdən qorxmadığını qeyd edib. Dəfələrlə Təhsil Naziri Mikayıl Cabbarovun, nazir muavini Ceyhun Bayramovun onun arxasında olmasını və “Mənə heç kim toxuna bilməz” deməsi Kollecdəki acınacaqlı vəziyyətdən xəbər verir. Kolec direktoru Ə. İmanov abadlaşdırma adı altında hər bir tələbədən 20 AZN və hər muəllimdən 50 AZN məbləğində pul yığaraq “Ağcabədi rayonunda abadlaşdırma işinə kömək göstərməliyik” fikirini şüar tutur.
Ağcabədi Pedaqoji Kolecinin direktoru Ənvər İmanov barəsində tələbə və muəllimlər tərəfindən dəfələrlə Təhsil Nazirliyinə, prokurorluğa müraciət olunmasına baxmayaraq bu günə kimi heç bir tədbir görülməyib. Ə. İmanov Kollecin balansında olan təhsil haqqı pulunu istədiyi kimi xərcləyir və qeyd edir ki, “Nazirlik məndən pul gözləyir”.

Direktor kollecdə iclas edərək bütün müəllimlərə bildirib ki, semestr imtahanlarının qiyməti dəyişdi. Hər bir tələbə semestr imtahanı üçün 350 AZN, qiyabi tələbələr isə 450 AZN məbləğində pul verməlidir, əks halda həmin tələbələr kollecdən xaric olunacaqlar. Məlumatda qeyd olunur ki, direktor pul yiğmaq işini kollecin şöbə mudiri Rövşən Bayramova və tədris işləri üzrə birinci müavin Mirələm İbrahimliyə həvalə edib. Bildirilir ki, Ənvər İmanovun övladında olan psixoloji xəstəlikdən özundə də var. Buna misal isə tələbələrlə davranışı, müəllim və texniki işçilərlə davranışı və irəli sürdüyü fikirlərdir.
Rayon İcra hakimiyyəti və rayon ictimaiyyəti tərəfindən də tənqidlərə məruz qalmasına baxmayaraq kollec direktoru qanunsuz əməllərindən əl çəkmir.
Biz tələbələr səsimizi eşidilməsini xahiş edirik. Bizə rüşvətxor, etik normaları bilməyən, mənəm-mənəm deyən, həbsxana qaydalarına uyğun qaydalar tətbiq edən, heç bir qanunvericilikdə nəzərdə tutulmayan qanunlar tətbiq edən direktor lazım deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.