backend

TƏCİLİ!!! Türkiyə ordusu hücuma keçdi - MÜHARİBƏ BAŞLADI (Yenilənir)

TƏCİLİ!!! Türkiyə ordusu hücuma keçdi - MÜHARİBƏ BAŞLADI (Yenilənir)

MÜHARİBƏ BAŞLADI - Türkiyə ordusunun hücuma keçməsinin ŞOK SƏBƏBİ - YENİLƏNİB - VİDEO

Türkiyənin Afrini bombalamasının səbəbi məlum olub.

ABŞ PKK/PYD terrorçularının nəzarətində olan Suriyanın şimal bölgəsinə Dövlət Departamentinin nümayəndə heyətini göndərib.

Amerikadan gələn nümayəndə heyəti PKK/PYD terrorçuları ilə birlikdə müzakirələr aparıblar. Türkiyənin Afrini bombalaması da ABŞ-a mesaj olaraq qiymətləndirilir.

Türkiyə ordusu amerikalı nümayəndə heyətinin terrorçularla görüşdüyü vaxtda hücuma keçib.

***

Türkiyə ordusu PYD terrorçularının əlindəki Afrin bölgəsini bombalamağa başlayıb.

Bu gün günorta saatlarından etibarən Türkiyənin Hatay vilayətinin Rehyanlı bölgəsindən Afrinə top atışları atılıb.

Qeyd edək ki, İdlibə girən Türkiyə ordusu aylardı Afrin əməliyyatına hazırlaşır. ABŞ isə Suriyanın şimalında (Türkiyənin cənub sərhədi) PKK/PYD güclərini silahlandırmağa davam edir. Amerikanın PYD/YPG terrorçularından təşkil etdiyi Suriya Demokratiya Qüvvələrini (SDQ) Türkiyənin cənub sərhədlərində yerləşdirməyə başlaması və təlimlər keçməsi Ankaranın hərəkətə keçməsinə səbəb oldu. Son məlumatlara görə, əməliyyat üçün əmr yanvarın 17-də keçiriləcək Milli Təhlükəsizlik Şurasında veriləcək. Lakin bu gün Afrinin bombalanması əməliyyatın tezləşdirilə biləcəyi ehtimalını gücləndirir. Hazırda Afrin Türkiyə ordusu tərəfindən mühasirəyə alınıb.(publika.az)