backend

Təcili!!! LƏNKƏRAN SƏKSƏKƏDƏ: 4 nəfəri döyən və gecələr tək gəzən naməlum KABUS kimdir? - Panika, yoxsa...

Təcili!!! LƏNKƏRAN SƏKSƏKƏDƏ: 4 nəfəri döyən və gecələr tək gəzən naməlum KABUS kimdir? - Panika, yoxsa...

Lənkəranda vahimə: 4 nəfəri döyən və gecələr tək gəzən naməlum kabus kimdir? Lənkəranda vahimə yaranıb

fia.az-ın verdiyi məlumata görə, camaat içərisinsdə panika və xof yaşanır. Bəzi sakinlər gecə saatlarında küçədə hündür boylu naməlum şəxsin gəzdiyini deyirlər.

Bu şəxsin kimliyi müəyyən olunmasa da, ardıcıl olaraq ayrı-ayrı adamlar döyülür və cinayəti törədən tapılmır.

Sakinlər deyirlər ki, Lənkəranın Liman şəhərində müəmmalı hadisələr baş verir. Şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, döyülən şəxslər qonşu olub. Onların evləri bir-birindən təxminən 200 metr məsafədə yerləşir.

Belə ki, 16 yaşlı oğlan qaranlıqda tanımadığı şəxsin hücumuna məruz qaldığını deyib. Nəvəsi ilə tək yaşayan Nəcəfqulu Həsənov da onu döyən adamı tanımadığını deyib.

İki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə vəhşicəsinə döyülüb.

Onlar çox ağır xəsarətlər aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və Samirə Miriyeva aldığı xəsarətlərdən keçinib.

Hazırda hüquq-mühafizə orqanları Liman sakinlərinin kabusuna çevrilən şəxsin yaxalanması istiqamətində tədbirlər həyata keçirilir.

fia.az xatırladır ki, bir müddət əvvəl Ağdaşda kabus yaşanırdı və camaat şok yaşayırdı.

Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hamını qorxuya salmışdı.

Bənzər hadisə Xaçmazın Xudat şəhərində yaşanıb. Sakinlər iddia edirdi ki, Xudatda təsərrüfatlara ziyan da vurulur, evlərin pəncərələri sındırılır, ot tayaları yandırılır.

“Son 10 gündür cavanlar tərəfindən belə söhbətlər yayılıb ki, guya gecələr həyətlərə 3 nəfər saqqallı gəlir, həyətləri gəzirlər.

Bəziləri deyirlər iki nəfər ağ saqqalıdır, onlardan biri hündür, digəri ortaboyludur. İnsanlar yaxınlaşanda qəfildən yox olurlar”.

Bunu da bir müddət əvvəl Şabran rayon Gəndov kənd bələdiyyə sədri Fikrət Əliyev son günlər kənddə peyda olmuş qəribə varlıqlar barədə danışarkən demişdi.

Onun sözlərinə görə, onları tutmaq üçün kəndin cavanları səhərə qədər küçədə qalır: “Cavanlar kimisə gördüklərini deyirlər, ancaq arxasınca qaçsalar da, tuta bilmirlər, gah da Quba tərəfə qaçdıqlarını deyirlər. Amma konkret görmüşəm deyən olmayıb.

Sadəcə söhbətlər yayılıb. Gah həmin şəxslərin saqqallı olduğunu, gah da oğru olduğunu deyirlər. Ancaq bu vaxta qədər heç kimin həyətindən oğurluq olmayıb. Dünən bir ailənin həyətinə bağ tərəfdən gəliblər, daş atıb pəncərəni sındırıblar. Deyilənə görə, evə atılan daşın görünüşü fərqlidir, buralarda bu vaxta qədər belə daşa rast gəlinməyib. Həmin şəxslərin yalnız dul qadınların evini daşlaması barədə deyilənlər doğru deyil”.

Bundan başqa, Sabunçu vağzalı ərazisində baş verən tükürpədici silsilə qətllər Sabunçu sakinlərini vahiməyə salmışdı.

Məmmədəli Məmmədovun qətlindən sonra eyni ərazidə daha bir naməlum şəxsin eyni metodla qətlə yetirilməsi və daha əvvəlki cinayətin üstünün açılmaması, ətraf ərazidə yaşayan sakinləri qorxuya salıb.

Onlar rayonda qatil manyakın peyda olduğunu düşünürlər. Elə buna görə də, qətllərin baş verdiyi dəmir yol zolağının ətrafında yaşayan sakinlər hava qaraldıqdan sonra çölə çıxmamağa üstünlük verirlər.

qaynarxett.az