backend

Azərbaycanda qeyri-adi oğurluq - FOTO

Azərbaycanda qeyri-adi oğurluq - FOTO



















Götürülən aksesuarların qiyməti 50 manatdan da baha olur.

Bərdədə qeyri-adi oğurluq hadisəsi baş verib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, naməlum şəxslər gecə saatlarında rayonun Heydər Əliyev prospektində yerləşdirilən müasir elektrik dirəklərində olan alüminium parçasını sındırıb aparıblar.

20-ə yaxın dirəkdə alüminium hissələr dəmir parçası ilə sındırılaraq götürülüb. Oğurlanan hissələrin metal tullantıların qəbulu yerlərinə satıldığı ehtimal edilir.

Qeyd edək ki, 1 kq alüminiumun qiyməti 1 manat olduğu halda, işıqlandırma dirəyindən götürülən aksesuarların qiyməti 50 manatdan da baha olur.

Sındırılan bu cür dirəklərin sayı gündən-günə artır.

Azərbaycanda qeyri-adi oğurluq - FOTO