Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib
889
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb. Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.