backend

Bakıda bahalı maşın yandı: Sürücü möcüzə nəticəsində xilas olub - FOTO

Bakıda bahalı maşın yandı: Sürücü möcüzə nəticəsində xilas olub - FOTO






















Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Bakının Nizami rayonunda “MG” markalı minik avtomobili aşaraq yanıb.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Hələlik sürücüsü məlum olmayan “MG” markalı maşının mühərrik hissəsi hərəkət zamanı qəfil alovlanıb. Daha sonra maşın aşıb. Sürücü cəld avtomobili tərk edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobilin mühərrik hissəsi tamamilə yansa da qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı Nizami polisi araşdırma aparır.

Bakıda bahalı maşın yandı: Sürücü möcüzə nəticəsində xilas olub - FOTO