backend

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi - FOTO

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi - FOTO

























Hadisə yerinə FHN əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib.

İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi - FOTO

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi - FOTO