backend

BMT: Donbasda münaqişə başlanandan 4 minə yaxın insan ölüb

BMT: Donbasda münaqişə başlanandan 4 minə yaxın insan ölüb






















Ukraynanın şərqində hərbi əməliyyatlar davam edir.

Ukraynanın cənub-şərqində silahlı münaqişə başlanandan bu günədək 3 600 nəfər ölüb, 8 500 nəfər yaralanıb.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin bu gün yaydığı açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, sentyabrın 19-da münaqişə tərəflərinin atəşkəsə dair bəyannamə imzalamalarına baxmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatlar davam edir.