backend

Azərbaycanda MƏMURU güllələdilər - SON DƏQİQƏ

Azərbaycanda  MƏMURU güllələdilər - SON DƏQİQƏ

Xızının iki gün əvvəl qəzadan sonra qətl törədilən Giləzi qəsəbəsində bir neçə gün əvvəl daha bir cinayət hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosuna Xızı rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, axşam saat 20 radələrində bir yerdə yeyib içən iki qəsəbə sakinindən biri o birini güllələyib. Qəsəbə sakini, 43 yaşlı Azər Mirağa oğlu Rəhimov şəxsi mübahisə zəminində həmkəndlisi, 46 yaşlı Rasim Yusif oğlu Cəbiyevə özü ilə gəzdirdiyi tapançadan 1 dəfə atəş açıb.

Sol bud-çanaq nahiyəsindən xəsarət alan Rasim Cəbiyev evə gəlib, əvvəlcə ağrını hiss etməyib. Səhəri gün özünü pis hiss edən Rasim Cəbiyev paytaxt xəstəxanalarından birinə müraciət edib və həkimlər onun sol bud nahiyəsində ilişib qalmış qəlpəni çıxarmağa müvəffəq olublar.

Güllələnmə faktının Xızı rayon prokurorluğunda araşdırılmasına başlanılıb. Hadisəni törədən Azər Rəhimov yaxalanaraq istintaqa təhvil verilib. Azər Rəhimov barəsində CM-nin 29.120.1-ölümə cəhd və 228.1 - qanunsuz silah saxlama maddələrilə başlanılmış cinayət işinin istintaqı davam edir.

Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinin işçisi olan Rasim Cəbiyev hazırda müalicəsini ev şəraitində davam etdirir.