backend

ABŞ-da ebola həyəcanı

ABŞ-da ebola həyəcanı






















Tomas Dunkanın vəziyyətinin ciddi olduğu bildirilir.

ABŞ Səhiyyə Nazirliyi Ebola diaqnozu qoyulmuş xəstənin ailə üzlvərinə karantin tətbiq edib.

qaynarxett.az-nun ANS PRESS-ə istinadən məlumatına görə, Dallas xəstəxanasında müalicə olunan Liberiya vətəndaşı Tomas Dunkanın vəziyyətinin ciddi olduğu bildirilir.

Liberiya rəsmiləri sentyabrın 20-də Texasa səfər edən Dunkanın Ebola xəstəsi ilə kontaktı olub-olmadığı haqda hava limanı rəsmilərinə yanlış məlumat verdiyinə görə cəzalandırılacağını bildiriblər. Tomas Dunkan Ebola xəstəsi olan hamilə qadına taksidə yardım etməsinə baxmayaraq, rəsmilərə bu haqda məlumat verməyib.

Liberiyanın özündə NBC xəbər agentliyinin əməkdaşı olan amerikalı kinooperatorun ebola virusu tutduğu haqda məllumat verilir. NBC onun ABŞ-a yola düşdüyünü və onun komandasında olan bütün müxbirlərin 21 gün karantində saxlanacağını bildirib.