backend

Ərdoğan İŞİD-ə xəbərdarlıq etdi

Ərdoğan İŞİD-ə xəbərdarlıq etdi






















“Türkiyə Suriyada yerləşən ərazisini qorumaqda bir dəqiqə belə tərəddüd etməyəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində Süleyman Şah türbəsini qoruyan əsgərlərə xitabən İŞİD terror qruplaşmasına xəbərdarlıq edib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərdoğan “Türkiyə Suriyada yerləşən ərazisini qorumaqda bir dəqiqə belə tərəddüd etməyəcək” deyə bildirərək türbəni mühafizə edən 25 nəfərlik əsgər heyətinin tək olmadığını deyib.

Onun sözlərinə görə, Süleyman Şah türbəsi ölkə hüdudlarından yeganə Türkiyə ərazisidir.

R.T.Ərdoğan qeyd edib ki, dünyanın ən güclü ordularından biri bu ərazinin müdafəsində dayanıb və zərurət yaranarsa, tez bir zamanda bu türbəni qoruyan hərbçilərin yanında olacaq.