backend

Bakı metrosunda həyacan: Sərnişinlər boşaldıldı

Bakı metrosunda həyacan: Sərnişinlər boşaldıldı














"Həzi Aslanov” – "Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, qatarda baş verən nasazlığa görə sərnişinlər "28 May” metro stansiyasında boşaldılıb.

"Saat 18:45-də "Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də "28 May” – "Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, - deyə qurum rəsmisi əlavə edib.