backend

Ekspertdən SOS: "Broker Əbülfəz" piyli qatqını xalqa kərə yağı kimi satır - Xəyanət!!!

Ekspertdən SOS: "Broker Əbülfəz" piyli qatqını xalqa kərə yağı kimi satır - Xəyanət!!!

“Vətəndaşlar kərə yağı alarkən diqqətli olmalıdır. Təəssüflər olsun ki, oliqarx məmurlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar”

FİA.Az bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən xəbər verir.

Onun sözlərinə görə, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr inək südündən (3,6 %-li) istifadə olunur:

“Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir, xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 18-20 manat olmalıdır.

Digər ölkələrdə, xüsusən Avropada istehsal olunan kərə yağının xərcinin 50 faizini hökumət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər, subsidiya nəzərdə tutulmayıb.

Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti şübhəlidir”.

Ekspertin bu xəbərdarlığı çox ciddi siqnaldır. Azərbaycan xalqına kərə yağı adı ilə piy qatılmış qatqıları satan məmurlar, işbazlar, xalq düşmənləri əhalinin genofondunu məhv edir, gənc və körpə nəslin həyatını zəhərləyir.

Prezidentin kərə yağının ucuzlaşması barədə fərmanından sonra görünür ki, bəzi məmurlar su-istifadə edirlər.

Bu günlər ölkə mediasında və ictimaiyyət arasında geniş müzakirə olunan mövzulardan biri də kəra yağının qiyməti məsələsi oldu.

Bu ərzaq məhsulunun birdən birə hədsiz bahalaşması elə bir ajiotaj yaratdı ki, hətta işə dövlət başçısı özü müdaxilə etməli oldu.

Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı.

Gömrük idxal rüsumlarının azaldılmasından sonra mütəxxəsislərin verdikləri açıqlamalarda kərə yağının yaxşı halda qiymətinin 10 faiz aşağı düşə biləcəyi vurğulandı. Bu isə əslində qiymətlərin cüzi aşağı düşməsi deməkdir.

FİA.Az-ın məlumatına görə, Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.

Bu biznes “broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındadır.

Mediada yayılan xəbərlərə görə, ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır.

Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə “ekoloji cəhətdən təmizdir”, yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub.

Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı.

Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur.

Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır. elə desək Azərbaycanda inəklərin yağları Ə. Məlikovun “standartlarına” cavab vermədiyi üçün daxili bazara ayaq aça bilməyib.

Yəqin ki, cənab Məlikov möhtərəm prezidentin daxili istehsalın inkişafına dövlət qayğısının artırılması barədə göstərişinə belə əməl edir.
Ümumiyyətlə Ə. Məlikovun dövlət başçısının göstərişlərinə nə dərəcəd əməl etdiyini görmək elə də çətin deyil.

Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən “Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir.

Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.

Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə. Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.