backend

Adnan Oktar və “kediciklər”i Türkiyədə etirazlara səbəb oldu — Aidiyyəti qurum isə “qarışmırıq” deyir

Adnan Oktar və “kediciklər”i Türkiyədə etirazlara səbəb oldu — Aidiyyəti qurum isə “qarışmırıq” deyir















Özünə məxsus “A9TV” kanalında daim şou-verilişlərilə gündəmdə qalmağı bacaran və çılpaq qadınları ilə məşhur olan Adnan Oktar Türkiyədə böyük etirazlara səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, cəmi iki ay ərzində “Adnan Oktar ilə söhbətlər” verilişinə görə Türkiyə Radio və Televiziya Şurasına 444 şikayət daxil olub. Buna baxmayaraq, şura kanalın fəaliyyətinə qarşı çıxmayıb və onları cəzalandırmayıb.

Şikayətlər Adnan Oktarın din, irq, siyasi və cinsi ayrı-seçkiliyə yol verməsindən, gəncləri seksə dəvət etməsindən, əxlaqsızlığı təbliğ etməsindən və s. səbəblərdən edilib. Türkiyə Radio və Televiziya Şurası isə açıqlama verib ki, onların xətti ilə yayımlanan “A9TV” kanalı mövcud qanunvericiliyi pozmur və pis vərdişləri təbliğ etmir.
Sonradan aparılan araşdırmalar zamanı məlum olub k, “kedicik”ləri soyunduraraq, efirdə oynadan A.Oktar bu görüntüləri yalnız “YouTube” video portalı və sosial şəbəkələr vasitəsilə yayımlayır. Görüntülərə “A9TV” loqosu vurduqlarına görə isə izləyicilər düşünür ki, telekanalda yayımlanan verilişdən götürülüb. Əslində isə Türkiyə Radio və Televiziya Şurasının nəzarət etdiyi kanalda belə abırsız görüntülər yayımlanmır.

Türkiyə Radio və Televiziya Şurası bildirib ki, onlar təkcə öz xətlərilə yayımlanan kanalların efirlərinə nəzarət edə bilirlər, internet üzərindən yayımlanan verilişlərə isə qarışa bilmirlər.