backend

Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatında ilk uğuru — FOTO

Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatında ilk uğuru — FOTO














Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına uğurla başlayıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələri məlumat yayıb. Verilən məlumata görə, “Fərat qalxanı”ndan sonra ikinci böyük hərbi əməliyyat olan “Zeytun budağı” ötən gündən başlanılıb.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox canlı qüvvə itiriblər.