backend

Türkiyə tankları Afrinə daxil oldu — FOTO

Türkiyə tankları Afrinə daxil oldu — FOTO













Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinə xüsusi təyinatlılar, haubitsalar və tanklar göndərib.
“Ölkə.Az” xəbər verir ki, Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrinə dəstək göstərməyə başlayıblar. Türkiyənin müxtəlif əyalətlərindən olan xüsusi təyinatlı dəstələri Hatay əyalətinin Reyhanlı, Hassa və Qırıqxan rayonlarına göndərilib. Quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.
Qeyd edək ki, ötən gün Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.