backend

On rayonun qaz təchizatı məhdudlaşdırılır

On rayonun qaz təchizatı məhdudlaşdırılır






















Təmir-quraşdırma işləri aparılır.

Azərbaycanın 10 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.