backend

Fransa və Ermənistanın XİN rəhbərləri görüşdülər

Fransa və Ermənistanın XİN rəhbərləri görüşdülər






















“Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər”.

Fransanın xarici işlər naziri Loran Fabius diplomatik idarənin binasında erməni həmkarı Edvard Nalbandyanla görüş keçirib.

qaynarxett.az Euronews-a istinadən xəbər verir ki, Fransadan olan diplomatik mənbənin sözlərinə görə, “axşam baş tutmuş görüşdə, xüsusilə də iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”.

“Tərəflər həmçinin Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinə verdiyi töhfədən də danışıblar və onun uzunmüddətli xarakter almalı olduğunu vurğulayıblar” - deyə, Fransa XİN-dəki mənbə qeyd edib.

Diplomatik idarənin nümayəndəsi cari ilin payızında Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə dair sualı cavablandırmayıb.

Xatırladaq ki, may ayında Bakı və İrəvana səfər edən Fransa prezidenti Fransua Olland öz həmkarlarına Qarabağ münaqişəsinin mümkün nizamlanma yollarının müzakirəsi üçün Parisdə belə bir görüş təşkil etməyi təklif etmişdi.