backend

İngilis dilli İŞİD-çi FTB-ni qorxuya salıb – FOTO + VİDEO

İngilis dilli İŞİD-çi FTB-ni qorxuya salıb – FOTO + VİDEO























Onun axtarışı üçün büronun rəsmi saytında açıq sorğu başlanılıb.

ABŞ-ın federal nümayəndələri ingilis dilində danışan İŞİD-çinin şəxsiyyətini müəyyənləşdirmək üçün cəmiyyətin köməyindən istifadə etməyi qərara alıb.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, onun axtarışı üçün büronun rəsmi saytında açıq sorğu başlanılıb.

İŞİD-çi bu günlərdə qruplaşmanın propoqandasını yayan videoda maska ilə görüntülənib. FTB bundan əvvəl ölkəni tərk edərək terrorçulara qoşulan və əlinə silah alan vətəndaşları eləcə də getməyi planlaşdıranları müəyyənləşdirmək istəyir.

“Bizə terrorçulardan ayrılaraq evə qayıdan və xaricdən onlara dəstək verən və ya terrorçuların sırasına qatılmaq istəyən insanları bilməmiz üçün cəmiyyətin köməyi lazımdır”- deyə FTB-nin terrorla mübarizə şöbəsinin direktor müavini Mayk Ştaynbax bildirib.

Agentliyin məqsədi ingilis dilli ehtimalla amerikalı olan insanların üzə çıxarılmasıdır. Bu, həmin insanların vətəninə qayıdaraq çaxnaşma salması və cavanlar arasında terror toxumunu səpməsinin qarşısını alacaq.

Büronun agentləri diqqətlərini daha çox 19 sentyabrda hərbi paltar geyinən və maska taxaraq ərəb və ingilis dilində danışan İŞİD-çiyə yönəldiblər. Belə ki, terrorçu Amerika ləhcəsində danışır.

“Biz əminik ki, kimsə bu insanı tanıyacaq və bizə əsaslı məlumatların əldə edilməsində kömək olacaq”- deyə Ştaynbax bildirərək “Məlumatın bir hissəsi belə, az sayılmır”- sözlərini əlavə edib.

Qeyd edək ki, İŞİD təşkilatının təhlükəsi təkcə bir bölgə üçün deyil. Avropa və ABŞ-dan on minlərlə vətəndaşın terrorçu təşkilata qatılması rəsmiləri hərəkətə gətirib. Belə ki, təşkilat internet və digər əldə olan vasitələrlə təbliğlə məşğul olur və sıralarını genişləndirməyə çalışır.

Buna qarşı olaraq FTB-nin Minneapolis ofisi hətta metrolarda belə təbliğatın dayandırılması yönündə braşürlər paylamağa qərar verib. Onların məqsədi azbilikli, kasıb təbəqənin gənclərinin aldanmaqlarının qarşısını almaqdır. Çünki virus kimi yayılan ideologiya əsasən bu sinfin nümayəndələrini qurbana çevirir.

İngilis dilli İŞİD-çi FTB-ni qorxuya salıb – FOTO + VİDEO